Bakının havasında dəm qazının səviyyəsi AÇIQLANDI

20:06 - 16 Mart 2023

Bakının havasında dəm qazının səviyyəsi AÇIQLANDI

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

 

Bu haqda Manset.az-aEkologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.5, azot-4 oksid isə Sumqayıt şəhərində 1.1, Gəncə şəhərində 1.3 dəfə normadan çox müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin