Bunu etmədən "Instagram"da yeni hesab açmaq mümkün olmayacaq

20:36 - 31 Avqust 2021

Bunu etmədən

"İnstagram" sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək.

Manşet.az xəbər verir ki, bu barədə "İnstagram"ın rəsmi saytında məlumat dərc edilib.

Yeni qərarını açıqlayan sosial media platforması istifadəçilərdən doğum günlərini profillərinə daxil etmələrini tələb edəcək. Doğum gününü qeyd etməyən istifadəçi üçün hesab açmaq mümkün olmayacaq.

Qərara səbəb daha çox şəxsi təcrübə təmin etmək, istifadəçilərə yaş qrupuna uyğun reklamlar göndərməkdir.

Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin