Hərbçimiz intihar etdi
7 Noyabr 2024
19:28 - 31 Avqust 2021
İranda 100 min nəfərdən çox tibb bacısı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Manşet.az xəbər verir ki, bunu İranın Tibb bacısı işçiləri sisteminin İdarə Heyətinin sədri Armin Zareiyan deyib.
O bildirib ki, koronavirusa yoluxan tibb bacılarının 30 min nəfəri Tehrandakı xəstəxanalarda çalışıb.
A. Zareiyan qeyd edib ki, peyvənd edilmiş 30 tibb bacısı koronavirusun “Delta” ştammına yoluxub.
O qeyd edib ki, 24 saatlıq fəaliyyət tibb bacılarını yorub və onların depressiyaya düşmək təhlükəsi var.
Xatırladaq ki, ekspertlər İranda tibb bacılarının sayının normadan aşağıda olduğu qənaətindədir. Ekspertlər bildirir ki, tibb bacılarının maaşları onların rifahını təmin edəcək həddə deyil. Bu səbəbdən də İrandakı tibb bacıları başqa ölkələrdə xidmət etmək üçün ölkəni tərk edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin