Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
19:16 - 31 Avqust 2021
Ermənistanda işçi çatışmazlığından restoranlar və kafelər fəaliyyətini dayandırmaq zorunda qalıb. Ermənistanda ictimai-iaşı sahəsində ciddi kadr çatışmazlığı ilə üzləşib. Ölkədə ictimai-iaşə səsahəsində ofisiant, aşbaz, təmizləyici və digər peşələrdə çalışan insanlar tapmaqda ciddi çətinliklərlə üzləşib.
Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, ictimai iaşə sahəsi üzrə ekspert Aşot Barsaqyan deyib.
Onun sözlərinə görə, belə bir problem emiqrasiya ilə bağlıdır. “İnsanlar fevral ayından etibarən ölkəni sürətlə tərk edir və bu proses bu gün də davam etməkdədir. Çoxları Riusiyaya gedir”- o qeyd edib.
Ekspert onu da əlavə edib ki, ictimai-iaşə sahəsində işçi çatışmazlığı Rusiya, Ukrayna və Belarusda da mövcuddur: “Ermənistanda ictimai-iaşə sahəsində işçiyə tələbə böyük olsa da, təklif yoxdur. Bu sahədə 50 min insan çalışırdı və indi biz onları həmin ölkələrə ixrac etdik. İndi isə oradan Ermənistana işçi cəlb etməyə çalışırıq. Bu gün Ermənistanda restoranlar var ki, işçi tapa bilməməsindən üçüncü aydır işə başlaya bilmir”.
Ekspert onu da bildirib ki, kadr çatışmazlığı bu sahədə çalışanların əmək haqqının 30-50 faiz artmasında da səbəb olub, amma problem həllini tapmır: “Əksinə, bu qiymət artımına gətirib çıxarıb. Odur ki, vəziyyət həddən artıq ağırdır. Dövlət məsələyə ciddi müdaxilə etməzsə, qarşıda ciddi problemlər yaşanacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin