Ermənistanda işçi çatışmazlığından restoranlar və kafelər fəaliyyətini dayandırır

19:16 - 31 Avqust 2021

Ermənistanda işçi çatışmazlığından restoranlar və kafelər fəaliyyətini dayandırır

Ermənistanda  işçi çatışmazlığından restoranlar və kafelər  fəaliyyətini dayandırmaq zorunda qalıb. Ermənistanda ictimai-iaşı sahəsində  ciddi kadr çatışmazlığı ilə üzləşib. Ölkədə ictimai-iaşə səsahəsində ofisiant, aşbaz, təmizləyici və digər peşələrdə çalışan insanlar tapmaqda  ciddi  çətinliklərlə üzləşib.

Manşet.az
ölkə.az-a istinadən xəbər verir ki, ictimai iaşə sahəsi üzrə ekspert  Aşot Barsaqyan deyib.

 Onun sözlərinə görə, belə bir problem emiqrasiya ilə bağlıdır. “İnsanlar  fevral ayından etibarən ölkəni sürətlə tərk edir və bu proses bu gün də davam etməkdədir. Çoxları Riusiyaya gedir”- o qeyd edib. 

 Ekspert onu da əlavə edib ki, ictimai-iaşə sahəsində işçi çatışmazlığı Rusiya, Ukrayna və Belarusda da mövcuddur: “Ermənistanda ictimai-iaşə sahəsində işçiyə tələbə böyük olsa da, təklif yoxdur. Bu sahədə 50 min insan çalışırdı və indi biz onları  həmin ölkələrə ixrac etdik. İndi isə oradan Ermənistana işçi cəlb etməyə çalışırıq. Bu gün Ermənistanda restoranlar var ki, işçi tapa bilməməsindən üçüncü aydır işə başlaya bilmir”.

Ekspert onu da bildirib ki, kadr çatışmazlığı bu sahədə çalışanların əmək haqqının 30-50 faiz artmasında da səbəb olub, amma problem həllini tapmır: “Əksinə, bu qiymət artımına gətirib çıxarıb.  Odur ki, vəziyyət həddən artıq ağırdır. Dövlət məsələyə ciddi müdaxilə etməzsə, qarşıda ciddi problemlər yaşanacaq”.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin