Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı

10:28 - 18 İyun 2021

Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb.

Manşet.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər 122 348 təhsil işçisi COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurub.

Nazir bildirib ki, bu siyahıya texniki işçilər də aiddir: “Çox az sayda müəllim vaksinasiya olunmaqdan imtina edib. Hesab edirəm ki, onları da inandıra biləcəyik ki, bu, onların sağlamlığı üçündür. Ümumilikdə, inandığımız odur ki, pandemiyanın bugünkü mərhələsində əlverişli mühit yaranıb. Lakin nəzərə almaq lazımdır ki, qarşıdan payız mövsümü gəlir. Bir sözlə, ənənəvi tədrisə qayıtmağın yeganə yolu vaksinasiyadan keçməkdir”.

E.Əmrullayev onu da əlavə edib ki, əsas hədəf xüsusilə ibtidai siniflərdə şagirdlər bir-biri ilə ünsiyyətdə olmasıdır: “Çünki aşağı yaşlarda beyin inkişafı formalaşır”.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin