Putindən “Şimal axını” ilə bağlı SƏRT REAKSİYA

10:33 - 15 Mart 2023

Putindən  “Şimal axını” ilə bağlı SƏRT REAKSİYA

Rusiya prezidenti Vladimir Putin “Şimal axını” boru kəmərlərinə edilən hücumlarla bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin, “Şimal axını” qaz kəmərlərinə hücumların yüksək texnoloji inkişafa malik ölkələr tərəfindən həyata keçirildiyini iddia edib.

O, hadisənin işıqlandırılması üçün araşdırma aparılması lazım olduğunu bildirib:

"Terror aktının baş verdiyi yerə girməyə icazə verməsələr, öz araşdırmamızı aparmağımız çox çətindir. Bu, artıq bir cinayət deyil. Bunun terror aktı olması artıq heç kimə sirr deyil. Düşünürəm ki, indi hamı bunu qəbul edib. Üstəlik, aydındır ki, bu, dövlət səviyyəsində törədilən terror aktıdır, çünki heç bir həvəskar belə hərəkət edə bilməz”.

Manşet.az


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin