Türkiyədə əl əyləci buraxılan yük maşını boşaldılan zaman idarəetmədən çıxaraq çay evinə çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çay evinin qarşısında oturanlar ölümdən son anda xilas olublar.
Qəzadan sonra yerinə polis qrupu sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn qruplar qəza ilə bağlı araşdırma aparıb və protokol tərtib ediblər. Yük maşını evakuatorun köməyi ilə olduğu yerdən qaldırılıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Manşet.az