Azərbaycan Ordusu Ermənistana cavab ATƏŞİ AÇDI

00:02 - 14 Mart 2023

Azərbaycan Ordusu Ermənistana cavab ATƏŞİ AÇDI

Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edərək Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin