Yolu keçən xanım piyadanı avtomobil vurdu

19:19 - 13 Mart 2023

Yolu keçən xanım piyadanı avtomobil vurdu

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin