Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə REAKSİYA

13:54 - 13 Mart 2023

Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə REAKSİYA

“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci təsdiq olunan təhsil standartında var idi”.

 

Manset.az xəbər verir ki, bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.

Qeyd edək ki, daha əvvəl ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunması ilə bağlı məlumat yayılmışdı. Elm və Təhsil Nazirliyinin Elm sektorunun müdiri Turxan Süleyman APA-ya açıqlamasında yeni təhsil standartında dövlət imtahanı deyilən anlayışın olmadığını bildirmişdi: "Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin