"Barselona" prokurorluğu sübutsuz qoydu - Məhkəmə hökm çıxara bilməyəcək?

19:11 - 12 Mart 2023

İspaniya prokurorluğu korrupsiya, sənədlərlə bağlı fırıldaqçılıq, klub rəhbərliyinin vəzifəsindən sui-istifadə ittihamı ilə "Barselona"dan məhkəməyə şikayət etsə də, bunu sübuta yetirəcək hər hansı sənəd tapa bilməyib.

 

Manset.az "Marca"ya istinadən xəbər verir ki, "Barselona" Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra ilə klubun əlaqələrinə dair sənədlərin tapılmadığını bildirərək onlardan heç birini prokurorluğa təqdim etməyib.  

Xəbərə görə, qanun pozuntusu barədə sübutlar olmadığı üçün məhkəmə hökm çıxara bilməyəcək.

Xatırladaq ki, Xatırladaq ki, daha öncə "Barselona"nın 2016-2018-ci illər aralığında Neqreyraya 1,4 milyon avro ödədiyi bəlli olub. "Blauqrana" rəsmiləri bu məbləği sözügedən futbol məmuru onlara gənc oyunçular və hakim idarəçiliyi haqda müntəzəm hesabat hazırladığı üçün verdiklərini bildiriblər. Neqreyranın özü də "Barsa"ya konsaltinq xidmətləri göstərdiyini və qarşılığında pul aldığını söyləyib. Tərəflərin açıqlamalarına rəğmən, yerli prokurorluq və futbol ictimaiyyəti "Barselona"nı hakimlərə rüşvət verməkdə suçlamağa davam edir. ///Fanat.Az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin