Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı iclas keçirilir

10:09 - 12 Mart 2023

Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı iclas keçirilir

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş birinci panel iclası keçirilir.

 

Manset.az xəbər verir ki, "Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı" mövzusundakı panel iclasına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin moderatorluq edib.

İclasda Albaniya Prezidenti Bayram Beqay xüsusi məruzə ilə çıxış edəcək. Sonra ABŞ-nin sabiq Dövlət katibi Henri Kissincerin məruzəsi dinləniləcək.

Tədbirdə, həmçinin Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku və bir sıra ölkənin sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri də çıxış edəcəklər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin