Əfqanıstanın vitse-prezidenti "Taliban"a qarşı müqavimət göstərməyə çağırdı

22:26 - 30 Avqust 2021

Əfqanıstanın vitse-prezidenti

Əfqanıstanda prezidentin səlahiyyətlərini icra etdiyini elan edən vitse-prezident Əmrullah Saleh "Taliban" hərəkatına qarşı müqavimət göstərməyə çağırıb.

Manşet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Saleh Almaniyanın "Spiegel" qəzetinə məktub yazaraq Pəncşirdəki müqavimət cəbhəsinə dəstək istəyib.

Qeyd edək ki, avqustun 15-də "Taliban" Kabili tutduqdan sonra Saleh ölkənin şimal-şərqindəki Pəncşir əyalətinə sığınıb və konstitusiyanı əsas gətirərək özünü prezidentin səlahiyyətlərinin icraçısı elan edib.

"Əfqanıstandakı vəziyyətin həlli hələ də var. Pəncşirdəki Milli Müqaviməti tanıyın və dəstəkləyin", - Saleh məktubunda yazıb.

Saleh, həmçinin keçmiş prezident Əşrəf Qaninin hərəkətlərini tənqid edib:

"Keçmiş prezident Qani Əfqanıstanda qala və dünyanın çağırışına cavab verə bilərdi. "Taliban" onu ələ keçirsə belə, meyiti həbsxanada olardı və ruhu azad olardı. İndi isə onun təkcə bədəni azaddır. Ruhu sona qədər zəncirlənəcək".


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin