Bu partlayışların arxasında Ukraynanın olması iddiası inandırıcı deyil - Peskov açıqladı

17:08 - 9 Mart 2023

Bu partlayışların arxasında Ukraynanın olması iddiası inandırıcı deyil - Peskov açıqladı

Kremlin sözçüsü Dmitriy Peskov, aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Şimal axını 1 və 2” təbii qaz boru kəmərlərində baş verən partlayışların arxasında Ukraynanın olduğu iddiasını dəyərləndirən Peskov deyib:

"Buna inanmaq çətindir. Bu çox çətin bir hərəkətdir. Bunu yalnız yaxşı təlim keçmiş özəl xidmətlər edə bilər. Onların sayı dünyada çox azdır. Baxırsan ki, haqqında danışdığımız anqlosakslar hay-küy salıblar. Açığı, onlar almanlarla münasibətlərində terror aktından xəcalət çəkirlər. Bu aydındır”.

Peskov, partlayışların arxasında Rusiyanın dayandığı iddiasını da təkzib edərək, “Bu beynəlxalq layihənin (Şimal axını) əsas səhmdarlarından biri olan Rusiyanın özünü ayağından güllələyəcəyini ancaq iltihablı beyin iddia edə bilər. Bu, tamamilə əsassız və gülünc bir fikirdir” deyib.

Kremlin sözçüsü Peskov hadisə ilə bağlı araşdırmanın tez və şəffaf şəkildə aparılmalı, hadisənin səbəbkarları və təşkilatçıları müəyyən edilməli olduğunu vurğulayıb.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin