Sevdiyi qız gül buketini qəbul etmədi - Özünü binadan atmaq istədi

13:36 - 9 Mart 2023

Sevdiyi qız gül buketini qəbul etmədi - Özünü binadan atmaq istədi

Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində qeydə alınıb.

Dünən axşam saatlarında 2001-ci il təvəllüdlü Şəmkir sakini E.Q. Gəncədə inşa edilən binalardan birinin 3-cü mərtəbəsinə çıxaraq özünü aşağı atmaq istəyib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Polis şöbəsinə gətirilən E.Q.-dan intihara cəhdinin səbəbi soruşulub. O isə cavabında bildirib ki, 8 Mart bayramı münasibətilə sevdiyi qıza gül buketi alıb. Lakin qız buketi qəbul etmədiyi üçün bundan təsirlənərək özünü öldürmək istəyib.

Polis əməkdaşları tərəfindən gənc oğlanla profilaktik söhbətlər aparılıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin