Sakit okeanda, Rusiyanın Kamçatka vilayətinin şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin mənbəyi Petropavlovsk-Kamçatskidən 199 km aralıda yerləşir.