Tiktokda məşhur olan Rəşad İsmayılov saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O, bildirib ki, R.ismayılov barəsində məhkəmə qərarı ilə 10 sutka həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, Rəşad İsmayılov sosial şəbəkələrdə "Veçniy Rəşad" təxəllüsü ilə tanınıb.