Banqladeşdə partlayış: 14 ölü, 70-dən çox yaralı var

19:28 - 7 Mart 2023

Banqladeşdə partlayış: 14 ölü, 70-dən çox yaralı var

 Banqladeşin paytaxtı Dəkkədəki 7 mərtəbəli biznes mərkəzində yerli vaxtla saat 16:00-da partlayış baş verib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 14 nəfər ölüb, 70-dən çox insan yaralanıb. Bildirilib ki, partlayış binanın birinci mərtəbəsində yerləşən təmizlik materialları satılan mağazada baş verib.Səlahiyyətlilər yaralıların sayının arta biləcəyini bildiriblər.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib.

Rəsmilər partlayışın səbəbinin hələ məlum olmadığını, axtarış-xilasetmə işlərinin davam etdiyini və can itkisinin arta biləcəyini bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin