Türkiyənin İzmir şəhərində oğrular evin damı, pəncərələri və qapıları da daxil olmaqla demək olar ki, hər yerini oğurlayıblar, evin yalnız dörd divarı qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyadan Türkiyəyə qayıdan ev sahibi, “İlk dəfədir belə bir şey görürəm. Evdən qiymətli əşyalar oğurlayırlar, mebel oğurlayırlar, qızıl oğurlayırlar, amma burada bütün ev oğurlanıb. Biz buna çox təəccübləndik”, - deyə o bildirib.
Manşet.az