Kubadan havaya qalxan ABŞ-a məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra quşlara çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisədən sonra təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən salonu tüstü bürüyüb. Sərnişinlər arasında böyük çaxnaşma baş verib və Florida reysini həyata keçirən təyyarə paytaxt Havanaya dönərək təcili eniş edib.
Aviaşirkətdən verilən açıqlamada 147 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin təhlükəsiz şəkildə hava limanına çatdığı və sürüşmə ilə təxliyyə edildiyi bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Sərnişinlər başqa təyyarəyə aparılıb.
Kuba mülki aviasiya idarəsi tərəfindən araşdırma başladılıb.
Manşet.az