Azərbaycanda BİABIRÇI HADİSƏ: Müəllim dərsə gecikən şagirdə döşəmə sildirdi - VİDEO

11:45 - 6 Mart 2023

Azərbaycanda BİABIRÇI HADİSƏ: Müəllim dərsə gecikən şagirdə döşəmə sildirdi - VİDEO

Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı hadisə yaşanıb. 

 

Manset.az-ın məlumatına görə, iddia olunur ki, Mehdiabadda 4 saylı tam orta məktəbdə dərsə gecikən şagirdə müəllim məktəbin döşəməsini sildirib.

Sonra şagirdin bacısı daha sensasiyalı iddia ilə çıxış edib:

"Müəllim bildirib ki, qardaşım növbəti dəfə dərsə geciksə, ona məktəbin sanitar qovuşağını sildirəcək."

Bu barədə sosial şəbəkədə ictimai fəal Elyar İslamoğlu məlumat verib. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Manset.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.

 

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin