Şəhid Eşqin Hüseynovun harada dəfn olunacağı bəlli oldu

22:27 - 5 Mart 2023

Şəhid Eşqin Hüseynovun harada dəfn olunacağı bəlli oldu

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, onun sabah dünyaya göz açdığı Hunanlar kəndində dəfn olunacağı bildirilir.

Eşqin Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin