"Neftçi" "Turan Tovuz"u darmadağın etdi - Premyer Liqa

21:59 - 5 Mart 2023

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bağlanış oyununda "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 20-ci dəqiqədə Sezar Meza Kolli vurub. 4 dəqiqə sonra kapitan Emin Mahmudov fərqi artırıb. 72-ci dəqiqədə Mateus Saldanya 3-cü topu qonaqların qapısından keçirib. 83-cü dəqiqədə dubl edən Mahmudov matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cı sırada yer alıb.

Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" "Kəpəz"i 2:0, "Qarabağ" isə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin