ABŞ-ın Texas ştatının İtaliya bölgəsində dünən yerli vaxtla saat 16:00 radələrində bir evə silahlı hücumla bağlı polisə məlumat daxil olub.
Manset.az-ın KTVT-yə istinadən məlumatına görə, hücum nəticəsində 3 uşaq həyatını itirib, 2 uşaq isə yaralanıb. Yaralı uşaqlar helikopterlə xəstəxanaya aparılıb.
WFAA-TV-nin xəbərinə görə, hücumun qeydə alındığı Ellis bölgəsindəki evdə 5 uşaq anası olduğu bildirilən qadın şübhəli şəxs qismində saxlanılıb.
Hücumun niyə və necə həyata keçirildiyi ilə bağlı araşdırmalar davam edir.
Jalə
Manşet