ABŞ-da ana 3 uşağını öldürdü, 2-ni yaraladı

15:20 - 4 Mart 2023

ABŞ-da ana 3 uşağını öldürdü, 2-ni yaraladı

ABŞ-ın Texas ştatının İtaliya bölgəsində dünən yerli vaxtla saat 16:00 radələrində bir evə silahlı hücumla bağlı polisə məlumat daxil olub.

 

Manset.az-ın  KTVT-yə istinadən məlumatına görə, hücum nəticəsində 3 uşaq həyatını itirib, 2 uşaq isə yaralanıb. Yaralı uşaqlar helikopterlə xəstəxanaya aparılıb.

WFAA-TV-nin xəbərinə görə, hücumun qeydə alındığı Ellis bölgəsindəki evdə 5 uşaq anası olduğu bildirilən qadın şübhəli şəxs qismində saxlanılıb.

Hücumun niyə və necə həyata keçirildiyi ilə bağlı araşdırmalar davam edir.

Jalə

Manşet


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin