Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
09:04 - 18 İyun 2021
"Hər şeydən əvvəl kollektivə uyğunlaşmaq və komanda yoldaşlarımı tanımaq mənim üçün vacib idi. İlk oyunda 3 qol vurdum. Bundan məmnunam, amma dediyim kimi ən başlıcası uyğunlaşmaq və bir-birimizi meydanda yaxşı başa düşməkdir".
Manşet.az xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik etməsi barədə danışarkən deyib.
24 yaşlı hücumçu bildirib ki, yeni komandası ilə birlikdə ilk görüşdə yaxşı təsir bağışlayıblar: "Rəqibimiz güclü deyildi. Amma bizə qarşı mübarizə apardı, xarakter göstərdi. Belə davam etsək, gələcəkdə yaxşı nəticələr əldə edəcəyik".
Emreli qollar vurmağa davam etmək istədiyini sözlərinə əlavə edib: "Mən hücumçuyam, qol vurmaq mənim işimdir. Çox qol vurmalıyam və buna davam etməliyəm. Yeni komanda qoşulmuşam, hisslərimi soruşsanız, hədəflərdən həqiqətən məmnunam. Amma bundan sonra nə edəcəyim vacibdir. Hazırda növbəti qarşılaşmalara daha çox köklənməliyəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin