Anestezik maddə qadağan edildi

15:24 - 3 Mart 2023

Anestezik maddə qadağan edildi

Böyük Britaniyanın dörd ölkəsindən biri olan Şotlandiyada ekoloji cəhətdən təhlükəli olan anesteziya qadağan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şotlandiyanın Milli Sağlamlıq Agentliyi (NHS Scot) ətraf mühitə karbon dioksiddən 2500 dəfə daha zərərli olan və əməliyyatlarda anesteziya üçün istifadə edilən “desfluran” adlı maddəni qadağan etməklə dünyada bir ilk edib.

Şotlandiya hökuməti məsələ ilə bağlı açıqlama verib:

“Şotlandiyanın NHS Böyük Britaniyada qlobal istiləşmə potensialı yüksək olan anesteziyadan istifadəni dayandıran ilk milli səhiyyə müəssisəsi oldu. Əməliyyat zamanı anestezik olaraq istifadə edilən desfluran karbon qazından 2500 dəfə çox qlobal istiləşməyə səbəb ola bilər”.

Bildirilib ki, bu qadağa ilə ildə 1700 evin istifadə etdiyi enerjiyə bərabər emissiyanın qarşısı alınıb.

Əməliyyatlarda desfluran əvəzinə ətraf mühitə daha az zərərli, tibbi baxımdan uyğun və təhlükəsiz alternativ anestezik vasitələrdən istifadə ediləcəyi bildirilir.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin