Həftəsonu 115 nəfər şənliyə buraxılmadı

09:34 - 30 Avqust 2021

Həftəsonu 115 nəfər şənliyə buraxılmadı

Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, 115 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin