COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:59 - 24 Fevral 2023
6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir.
İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası və böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub.
Dövlət Proqramının hazırlanmasında qlobal trendlər və beynəlxalq normalar nəzərə alınıb. "Böyük Qayıdış"a dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi "Böyük Qayıdış" Proqramı da uğurla icra olunur. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov Manset.az-a açıqlamasında bildirib ki, hazırda Qarabağda müasir qəsəbələr salınır, tikinti-quruculuq işləri aparılır, yeni inrastruktur layihələri həyata keçirilir:
“Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminin baş tutması və insanların öz doğma yurdlarına geri dönmsəi “Böyük Qayıdış”ın daha da sürətləndiyini təadiq edir. Böyük Qayıdışın ilk müjdəsi olan Zəngilanın Ağalı kəndində istifadəyə verilmiş “Ağıllı kənd”də yaradılmış bütün zəruri infrastrukutlar, sosial obyektlər, müxtəlif xidmət və təminat sahələri burada yaşayan insanların iş yerləri ilə təmin edilməsində də mühüm rol oynayır.
Belə ki, kənddə inşa edilmiş məktəb, səhiyyə müəssisəsi, bağça, tibb məntəqəsi, “ASAN” Xidmət, “DOST” mərkəzi, bank, mağazalar, iaşə obyektləri, kiçik və orta biznesə dəstək üçün zəruri şəraitlərin yaradılması burada 100-lərlə iş yerinin yaradılmasına imkan verir”.
Millət vəkili qeyd edib ki, “Ağıllı kənd” layihəsi çərçivəsində burada yaşayan ailələrin mikro bizneslə məşğul olması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin icrası nəzərdə tutulur. Eyni zamanda, ərazidə kənd təsərrüfatını inkişaf etdirmək üçün tədbirlər görülür. Bütün bunlar məşğulluğun tam şəkildə təmin edilməsi deməkdir.
Millət vəkili bildirir ki, bu ərazidə yeni müəssisə və xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı və emal obyektlərinin icrası bölgədə iqtisadi fəallıq üçün əlverişli imkanlar deməkdir. Bu müəssisələrdə çalışan insanlar, sahibkarlıqla məşğul olanlar istehsal, emal və satış şəbəkəsi qurmaqla həmin ərazinin, Zəngilanın iqtisadi inkişafına və ümumilikdə ölkəmizin iqtisadiyyatına töhfə verəcəklər.“Qarabağ və Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensila malikdir. Bu ərazilərdə müasir sənaye komplekslərinin yaradılması işləri start götürüb. Cəbrayılda yeni fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
A.Hüseynov hesab edir ki, 2023-cü ildən işğaldan azad edilmiş ərazilərdə çalışan işçilərə sosial güzəştlər edəcək. Belə ki, “Sosial sığorta haqqında” Qanununa dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunacaq. Bu da, sosial sığorta ödəmlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi deməkdir.
Gülçin Nağıyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin