Zəlzələdən 23 gün sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO

11:50 - 2 Mart 2023

Zəlzələdən 23 gün sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO

Türkiyədə zəlzələnin 23-cü günü "Aleks" adlı it dağıntılar altından canlı olaraq xilas edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aleksin dağıntılar altında 23 gün ac və susuz qaldığı bildirilib.

İtin xırıltılı səsi ərazidə müvəqqəti sığınacaq yaratmaq üçün araşdırma aparan qruplar tərəfindən eşidilib.

Həftələrlə dağıntılar altında qalmasına baxmayaraq, Aleksin səhhətinin yaxşı olduğu bəyan edilib.

Manşet.az



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin