İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verildi - YENİLƏNDİ
25 Aprel 2024
18:30 - 1 Mart 2023
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Teleqraf.com-a açıqlamasında məsələyə münasibət bildirib:
"Tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub. Həmin evin satışı qanuna uyğun olaraq - notarial qaydada bank-köçürmə yolu ilə həyata keçirilib. Sonradan qarşı tərəf ödənən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbəni təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur".
Qeyd edək ki, Rəqsanə İsmayılova Vilayət Eyvazova müraciət edərək Xəzər Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimovun onun evini 7 ildir mənimsədiyini iddia edib.
Bizi Telegram-da izləyin
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin