İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağladı

17:08 - 1 Mart 2023

İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağladı

Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar verib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki, Tehran rejimi, həmçinin mərkəzin üzvlərinə qarşı təzyiqləri də artırıb. Bununla bağlı mərkəzin sosial media hesabında paylaşım edilib.

Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs ediliblər.

“Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”, - deyə paylaşımda vurğulanıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin