Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
26 Aprel 2024
12:35 - 1 Mart 2023
Sumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaralayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb. 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Polisin keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin