70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaraladı

12:35 - 1 Mart 2023

70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaraladı

Sumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaralayıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə  şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb. 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin