İsmayıllıda dağlıq ərazidə yanğın başladı - Hadisə yerinə helikopter cəlb edildi

19:22 - 29 Avqust 2021

İsmayıllıda dağlıq ərazidə yanğın başladı - Hadisə yerinə helikopter cəlb edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Manset.az  FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin