Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələr komandanı general-mayor Eduard Moskalevin vəzifəsindən azad edilməsi ilə bağlı qərarı dərc olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Rəyasət Heyətinin rəsmi internet saytından verilən açıqlamada, 113/2023 saylı fərmanla Birləşmiş Qüvvələr Komandanı Moskalevin vəzifəsindən azad edildiyi bildirilib.
Fərmanda Moskalevi kimin əvəz edəcəyi dəqiqləşdirilməyib.
Ukrayna mətbuatında yer alan xəbərlərə görə, general-mayor Moskalev 2022-ci il martın 15-də təyin edilmişdi.
Manşet.az