Əhaliyə ŞAD XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO
29 Mart 2024
23:17 - 26 Fevral 2023
Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olunub.
Manset.az xəbər verir ki, hadisə ötən gün saat 16:39 radələrində 28 may metrosuna yaxın ərazidəki yolda baş verib.
Belə ki, Nigar avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.
Daha sonra avtomobildən enən şəxs Nigarın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.
Baş verən hadisə həm sosial şəbəkədə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar Nigar Camalın avtomobilinə hücum edən şəxsi linç edərək, hüquq mühafizə orqanlarının bu məsələyə obyektiv yanaşmalarını istəyiblər. //yenilik.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin