Azərbaycanda "Avroviziya" qalibinin avtomobilinə hücum etdilər - ANBAAN VİDEO

23:17 - 26 Fevral 2023

Azərbaycanda

Azərbaycana 2011-ci ildə  "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olunub.

 

Manset.az xəbər verir ki, hadisə ötən gün saat 16:39 radələrində 28 may metrosuna yaxın ərazidəki yolda baş verib.

Belə ki, Nigar avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.
Daha sonra avtomobildən enən şəxs Nigarın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.
Baş verən hadisə həm sosial şəbəkədə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar Nigar Camalın avtomobilinə hücum edən şəxsi linç edərək, hüquq mühafizə orqanlarının bu məsələyə obyektiv yanaşmalarını istəyiblər. //yenilik.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin