"Taliban" Əfqanıstanda müğənnini qətlə yetirdi

11:16 - 29 Avqust 2021

Əfqanıstanda xalq mahnılarının ifaçısı Fevad Andarabi "Taliban" silahlıları tərəfindən öldürülüb.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Times Now" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müğənni Bağlan əyalətindəki evindən çıxarılaraq güllələnib. Mərhumun oğlu hadisə ilə bağlı məlumatı təsdiqləyib.

İfaçı mahnılarında "Taliban" əleyhdarlarını dəstəkləyib və hərəkatı qınayıb. Bundan əlavə, bir çox "Taliban"çı musiqini haram hesab edir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin