Türkiyədə yeniyetmə bütün ailə üzvlərini  GÜLLƏLƏDİ

09:24 - 29 Avqust 2021

Türkiyədə yeniyetmə bütün ailə üzvlərini  GÜLLƏLƏDİ

Türkiyənin Ordu vilayətində dəhşətli hadisə baş verib. Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.

Manset az xəbər verir ki, o, polis məmuru olan atasının tapancasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb.

Nəticədə, anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin