Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
09:24 - 29 Avqust 2021
Türkiyənin Ordu vilayətində dəhşətli hadisə baş verib. Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.
Manset az xəbər verir ki, o, polis məmuru olan atasının tapancasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb.
Nəticədə, anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin