PUA-lar havaya qaldırıldı: Bu mövqelər darmadağın edildi

23:05 - 28 Avqust 2021

PUA-lar havaya qaldırıldı: Bu mövqelər darmadağın edildi

ABŞ avqustun 26-da Kabil hava limanı yaxınlığında partlayış törədən İŞİD terror təşkilatının Əfqanıstan qanadı “Xorasan”ın mövqelərinə qarşı hava hücumu təşkil edib.

Manset.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban açıqlama verib.

Açıqlamada ABŞ hərbi qüvvələrinin “Xorasan” qruplaşmasının liderinin olduğu mövqelərə qarşı əməliyyatların keçirildiyi deyilib.

Əməliyyatın Əfqanıstanın Nangahar əyalətində pilotsuz uçan aparatlarla həyata keçirildiyini deyən Urban ilk hücumda hədəfin məhv edildiyini bildirib. Əməliyyatda mülki itkilərin olmadığını vurğulayıb.

Avqustun 26-da təxliyə əməliyyatlarının davam etdiyi Kabil hava limanı yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində 13 ABŞ hərbçisi və 170-dən çox Əfqanıstan vətəndaşı həlak olub. Hücumun məsuliyyətini İŞİD-ə bağlı “Xorasan” qruplaşması üzərinə götürüb.


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin