ABŞ qoşunları Kabil aeroportunu tərk etməyə başladı

22:19 - 28 Avqust 2021

ABŞ qoşunları Kabil aeroportunu tərk etməyə başladı

ABŞ öz hərbi kontingentini Kabil aeroportundan çıxarmağa və avadanlığını daşımağa başlayıb.

Manset.az Amerika telekanallarına istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib. Kirbi konkret rəqəmlər səsləndirməyib.

Bir qədər əvvəl Reuters agentliyinin yaydığı məlumata görə, paytaxt aeroportunda 4 mindən az ABŞ hərbçisi qalıb. Təxliyə əməliyyatının qızğın vaxtında isə onları sayı 6 min nəfər idi.

“Əvvəlcədən planlaşdırıldığı kimi, təyyarələrlə hərbi avadanlıq daşınır”, - general-mayor Uilyam Teylor jurnalistlərə belə deyib. Hərbçilər bildirirlər ki, Əfqanıstanı avqustun 31-dək tərk etmək planı dəyişməz qalır. Onlar vəd edirlər ki, Kabildən mülki vətəndaşların təxliyəsini son məqamadək davam etdirəcəklər.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin