Ukrayna prezidenti Volodimir Zelenski müharibənin ildönümü üçün paytaxt Kiyevdəki Sofiya monastırının həyətində ukraynalı əsgərlərlə görüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü münasibətilə Ukrayna ordusunun üzvlərini dövlət ordeni ilə təltif edib.
Müharibədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Zelenski bildirib ki, bu gün Ukrayna xalqı vətənini müdafiə etmək üçün döyüşür.
O, daha sonra bəzi əsgərləri və müharibədə həyatını itirən əsgərlərin yaxınlarını dövlət medalı ilə təltif edib.
Manşet.az