Zelenski müharibənin ildönümü münasibətilə əsgərləri dövlət ordeni ilə təltif etdi

16:10 - 24 Fevral 2023

Zelenski müharibənin ildönümü münasibətilə əsgərləri dövlət ordeni ilə təltif etdi

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin ildönümü üçün paytaxt Kiyevdəki Sofiya monastırının həyətində ukraynalı əsgərlərlə görüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü münasibətilə Ukrayna ordusunun üzvlərini dövlət ordeni ilə təltif edib.

Müharibədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Zelenski bildirib ki, bu gün Ukrayna xalqı vətənini müdafiə etmək üçün döyüşür.

O, daha sonra bəzi əsgərləri və müharibədə həyatını itirən əsgərlərin yaxınlarını dövlət medalı ilə təltif edib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin