Çin hökumətinin ölkədəki texnologiya şirkətlərinə “ChatGPT” qadağası qoyduğu iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çində artıq texnologiya firmalarına platformaları vasitəsilə ChatGPT və ya əlaqəli xidmətlər təklif etmək qadağandır.
Çin dövlət mediasındakı xəbərlərdə ABŞ-da yerləşən süni intellekt şirkəti “OpenAI” tərəfindən hazırlanmış ChatGPT-nin suverenliyə zərər verə biləcək yalan məlumatlar yaydığına dair açıqlamalar var.
ChatGPT-nin ABŞ-a "dezinformasiya və öz siyasi hekayələrini yaymaqda" kömək edəcəyi iddia edilib.
Manşet.az