Ermənistanda ordusunun mayoru həbs olundu

16:40 - 28 Avqust 2021

Ermənistanda ordusunun mayoru həbs olundu

Ermənistanda 44 günlük müharibə zamanı fəaliyyətsizlik nümayiş etdirdiyinə görə artilleriyaçı zabit həbs olunub.

Manşet.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, müharibə zamanı artilleriya diviziyasına cavabdeh olan, 27 sentyabr 2020-ci ildə elan edilmiş hərbi vəziyyət zamanı mayor rütbəsi daşıyan zabit həbs edilib.

O, şəxsi maraqlarına və öz həyatını xilas etməyə görə fəaliyyətsizlik göstərməkdə təqsirli bilinib.

“Bunun ağır nəticələri olub. Zabit məhkəmənin qərarı ilə həbs edilib. Hazırda araşdırmalar davam etdirilir”, - məlumatda qeyd edilib.Report


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin