Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
16:17 - 28 Avqust 2021
“Ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”.
Manşet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.
“Bölgəmiz və insanlarımız dini, məzhəbi və etnik ayrı-seçkilikdən çox əziyyət çəkib. Bu ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”, - o qeyd edib.
Mövlud Çavuşoğlu bölgədə qalıcı stabillik üçün iqtisadi və inzibati islahatların vacibliyini vurğulayıb:
“Xalqlarımızın rifahı üçün strateji infrastruktur layihələrini gerçəkləşdirməliyik. Təhlükəsizlik olmadan iqtisadi islahatlara nail olmaq mümkün deyil. Bölgəmizdə təhlükəsizliyə ən böyük təhdid terrorçuluqdur. Regional əməkdaşlığı və sülhü zəhərləyən terror təşkilatları ilə geri çəkilmədən mübarizə aparmalıyıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin