Rusiya bu ölkənin səfirini XİN-ə çağırdı

16:50 - 21 Fevral 2023

Rusiya bu ölkənin səfirini XİN-ə çağırdı

Rusiya ABŞ-ın Moskvadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Ukrayna münaqişəsində iştirakını artırmaqda ittiham edib.

Nazirlik bildirib ki, ABŞ “Şimal axını” boru kəmərində baş verən partlayışlarla bağlı izahat verməlidir.

Bundan əlavə, ABŞ-ın sözügedən partlayışlarla bağlı istintaqa müdaxilə etməməsi lazım olduğu vurğulanıb.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin